Bu barədə AzNews.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, iki gün ərzində ölkə daxilində toyuq ətinin qiymətində 20% artım müşahidə edilib:

“Qiymət artımının bir neçə səbəbləri var. Qarşıdan bayram gəlir. Toyuq və toyuq əti məhsullarının satışı ilə məşğul olan sahibkarlar bundan yararlanmağa çalışır. Onlar bu sahədə gəlirlərini artırmaq istəyir. Bunu da qiymət artımında görürlər.”

Vahid Məhərrəmov onu da əlavə edib ki, Novruz bayramına kimi sahibkarlar toyuğun qiymətini pillə-pillə qaldıracaqlar: “Toyuq ətinin qiymətinin qalxmasında sahibkarlar arasında sövdələşmə də var. Çünki toyuğun ətinin qiymətini sahibkarlar eyni vaxtda artırıb. Bəziləri hesab edir ki, bu qiymət artımı bayramdan sonra enəcək. Amma mən bunun tam əksini düşünürəm. Bayramdan sonra da toyuq ətinin qiyməti artacaq”.

Ekspress.az