Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol qovşağına işıqfor və ya yol nişanı əvəzinə güzgü quraşdırılıb və avtomobillərin hərəkəti də bu güzgü vasitəsi ilə tənzimlənir.
İdeya kənd sakini Qabil Mahmudova məxsusdur.
O bu addımı ərazidə baş verən yol qəzalarının qarşısını almaq məqsədi ilə atdığını deyib ("report.az").
"Yol kəsişməsində əvvəllər tez-tez qəzalar olurdu, tələfat qeydə alınırdı. Bura güzgü quraşdırılandan sonra isə Göycəlidə avtomobil qəzası baş verməyib. Sürücülər də bu vasitənin tətbiqindən məmnundurlar", - deyə Q.Mahmudov bildirib.
Hündürlüyü 2 metrə çatan güzgünün səmərəli olacağı təqdirdə daha böyüyü ilə əvəzlənəcəyi bildirilir.
Ekspress.az