Ekspress.az xəbər verir ki, bu barədə AzNews.az-a vəkil Adəm Məmmədov məlumat verib.

Vəkil qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə hüquqlarını müdafiə etdiyi Bəkirov Vüqar Nadir oğluna bəraət hökmü verilərək həbsdən azad olunub.

V.Bəkirov 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bir il bir aydan artıq həbsxanada olub. O, dələduzluqda təqsirləndirilib.

Ekspress.az