Hazırda reanimasiyada olan idmançıyla "Ölkə.Az"-ın əməkdaşı əlaqə saxlaya bilib. İdmançı bildirib ki, baş verənlər ölkə mətbuatında olduğu kimi yazılmayıb:

"Deyildiyi kimi hadisə yerində altı yox, dörd nəfər olub. İki nəfər biz, iki nəfər isə qarşı tərəf. Bələdiyyə başkanı Tahsin Babaş orada olmayıb. Mən burada həm təhsil alıram, həm də bələdiyyə başkanının mühafizəçisi olaraq çalışıram. Qeyd etdiyim kimi, atışma zamanı dörd nəfər orada olub. Yazılanlarda xeyli yanlışlıqlar var. Qarşı tərəfdən də iki nəfər yaralanıb. Mən kürəyimdən bir güllə yarası almışam".

İdmançımız hadisəni belə xatırladığını bildirib: "Başqan və mühafizəçilər barədə mediada xoşagəlməz məlumatlar paylaşmışdılar. Biz də bildirdik ki, xoşluqla həmin məlumatları çıxarın. Onlar isə üstümüzə silahla gəldilər və biz də məcbur olub atışdıq. Atışma zamanı 30 güllə atılıb. Mən silahsız idim. Şükür ki, dinc sakinlərdən yaralanan olmadı".

Qeyd edək ki, mətbuatda silahlı hücum zamanı bələdiyyə sədri Tahsin Babaşın da hücuma məruz qaldığı bildirilirdi.

Ekspress.az