AzNews.az xəbər verir ki, Şimali Koreyanın Malaziyadakı səfiri Kim Çen Inın qardaşı Kim Çen Namın qətlində şübhəli bilinərək həbs olunanların dərhal azad olunmasını tələb edib. Onun sözlərinə görə, hər üç şəxsin həbs olunması üçün heç bir əsas yoxdur.

Şimali Koreya liderinin qardaşı Kim Çen Nam 14 fevral tarixində Malaziya hava limanında zəhərlənərək öldürülüb.

Hazırda onun qətlində 8 nəfər təqsirli bilinir. Onlardan dördü, Vyetnam, İndoneziya, Malaziya və Şimali Koreya vətəndaşları həbs edilib. Yerdə qalan dörd nəfər isə cinayət günü Malaziyanı tərk ediblər və hazırda Pxenyandadırlar.

Ekspress.az