AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə Kocaelinin Karamürsəl bölgəsində1 Mart Üsküdar faciəsiylə əlaqədar anım tədbiri zamanı baş verib. Tədbirdə iştirak edənlər arasında Karamürsəl bələdiyyə başçısı İsmail Yıldırım və Karamürsəl Təhsil Mərkəzinin Dəniz Qərargah polkovniki Ayhan Gedik da olub.

Tədbir əsnasında 2 dalğıc su altına çələng qoymaq istəyib. Lakin bu zaman qadın dalğıc səhhətində problem yaşayıb. Şenay Ertorun halının pisləşdiyini görən bələdiyyə sədri dərhal suya atılıb. Üzərək dalğıca çatan İsmail Yıldırım onu kənara çıxara bilib.

Bələdiyyə sədrinin bu addımı hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Dalğıc xəstəxanaya çatdırılıb.

Ekspress.az