AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Hacı Bayram Türkoğlunun da içərisində olduğu “01 C 1221” dövlət nömrə nişanlı avtomobil nömrə nişanı olmayan motosikletlə toqquşub. Qəzada yaralanan və adı məlum olmayan motosiklet sürücüsünün suriyalı olduğu bildirilir. Xəstəxanaya çatdırılan sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Qəzayla bağlı istintaq başladılıb.