AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Belçikanın “Flamand marağı” müxalifət partiyasının rəhbərliyi Hollandiya və Türkiyə arasındakı gərginliyin fonunda türk siyasətçilərin ölkəyə səfərlərinin ləğv edilməsi təşəbbüsü ilə çıxış edib.

“Flamand marağı” partiyasının lideri Tom Van Griken bunu Türkiyənin Avropanın daxili işlərinə qarışmaq istəyi ilə izah edib: “Biz Hollandiyanın Türkiyə ilə münasibətdəki siyasətini tamamilə dəstəkləyirik. Digər ölkələr Avropadakı siyasi vəziyyətə təsir etməməlidirlər. Türkiyəli məmurlar Avropa ərazisində türk əsilli vətəndaşların iştirakı ilə mitinq keçirmək istəyirdilər. Bu, Avropa İttifaqının daxili işlərinə birbaşa müdaxilədir”.

Onun sözlərinə görə, bir çox Avropa partiyaları Hollandiya ilə həmrəydir və yaxın zamanda bu həmrəyliyi göstərəcək.

Partiya lideri qeyd edib ki, yaxın zamanlarda Belçika parlamentində türkiyəli siyasətçilərin ölkəyə girişinə qadağa qoyulması məsələsi müzakirə olunacaq.

Ekspress.az