AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rotterdam bələdiyyə başçısı Ahmed Aboutaleb məlumat verib. O, ailə və sosial siyasətlər naziri Fatma Betül Sayan Kayanın avtomobilinin dayandırılması və ölkədən çıxarılması zamanı türkiyəli mühafizəçilərin atəş açmasından qorxduğunu dilə gətirib: “Nazir Kayanın yanında “enli kürək” 12 nəfər var idi və onların silahlı olub-olmadığını bilmirdik. Bu vəziyyət qorxuducu idi”.

Mühafizəçilərin atəş açmaq ehtimalını düşündükləri üçün xüsusi təyinatlılar göndərdiklərini qeyd edən Aboutaleb bunun səbəbini hücum olarsa, vəziyyətə hakim ola bilməklə izah edib: “Nazirin mühafizəçiləri polisin təslim ol əmrinə tabe olmayıb əllərini kəmərlərinə apardıqları halda Hollandiya xüsusi təyinatlılarına atəş açmaq icazəsi verilmişdi”.

Xatırladaq ki, Türkiyənin Rotterdamdakı səfirliyinə girməsinə icazə verilməyən Kayanın əvvəlcə mühafizəçiləri saxlanılıb. Kayanı maşınından çıxarmağa çalışan polis evakuator gətirib avtomobili güclə çəkmək istəyib. Maşının açarını açmaq məcburiyyətində qalan nazir Kaya başqa bir avtomobillə polis müşayiətilə Almaniyaya aparılıb.

Ekspress.az