AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Aİ məsələləri üzrə naziri Ömər Çelik açıqlama verib.

Nazir qeyd edib ki, rəsmi Ankara sazişə əsasən öz üzərinə düşən öhdəlikləri yerinə yetirib. Lakin Avropa İttifaqı ölkələri verdikləri sözlərə əməl etməyiblər. Onun sözlərinə görə, rəsmi Brüsselin Türkiyə vətəndaşları üçün viza liberallaşdırılması üzrə obyektiv mövqe tuta bilmədiyi aydın olub.

Ötən həftə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu sözügedən sazişi ləğv etmək ehtimalından bəhs edib.

2016-cı il matrın 7-də Brüsseldə Türkiyə və Avropa İttifaqı arasında miqrasiyaya dair saziş imzalanıb. Bu sazişə əsasən, Türkiyə ölkə ərazisindən keçərək Yunanıstana daxil olan bütün qaçqınları istisnasız olaraq geri qəbul etməyə öhdəlik götürüb. Əvəzində Türkiyəyə Avropa İttifaqı ölkələrilə vizasız rejim, Avropa İttifaqına inteqrasiya ilə bağlı danışıqların sürətlənməsi və miqrasiya böhranının öhdəsindən gəlmək üçün maliyyə yardımı vəd olunub.

Ekspress.az