Bizə yazın
Bakı
+17 °C
USD 1.7 RUR 0.0279 EUR 2.0981 AU 2282 BRENT 53.76
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • GÜNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MÜSAHİBƏ
  • KRİMİNAL
  • MƏDƏNİYYƏT
  • DÜNYA
  • SƏRBƏST
  • İDMAN
  • KİVDF

Əsas xəbərlər

ABŞ-dan Ankaraya təhdid...
Vaşinqtona etibar yoxdur:
Türkiyə qızıllarını ABŞ-dan çıxardı
Qlobal təhlükəsizlikdə Bakının rolu artır...
İlham Əliyev and içdi
Türkiyə erkən seçkiyə gedir?
Baxçalı təklif etdi, Ərdoğan eşitmədi...
İrəvanda “məxməri” etirazlar...

Digər xəbərlər

Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən təsdiqlənib
Lavrov vəzifəsindən gedir?
Rusiyada “Telegram” bağlanıb
“Maskalar yırtılsın...”
Hamilə müğənni səhnədə başından güllələnərək öldürüldü -VİDEO
Ərdoğan Əliyevi təbrik edib
Fransa da Suriyaya girir 
Ukrayna MDB-dən çıxır
Ermənistan prezidenti maaşdan imtina edir
Ərdoğan: "Qatil Əsədi də, PYD-ni də dəstəkləyənlər səhv edirlər"
Skripalın qızı Rusiyanın köməyindən imtina etdi
Erməni parlamentində fişəngli etiraz - Deputatlar Sarkisyana qarşı çıxdı - VİDEO
Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb, 200-dən çox hərbçi ölüb - VİDEO
Türkiyədə valideyn məktəb direktorunu güllələdi
Peskov: “Rusiyada oliqarx yoxdur”
Sarkisyan üç müşavirini işdən qovdu
Şimali Koreya XİN başçısı Bakıda Qoşulmama Hərəkatının konfransında iştirak edir
Türkmənistanda qadın çimərlik geyimləri qadağan edilib
ABŞ-ın planını pozurlar...
“YouTube” ofisinə atəş açan qadın azərbaycanlı imiş - VİDEO
Türk-rus atomu...
Saakaşvili Gürcüstana qayıdır
NATO rusiyalı diplomatlara viza verməyəcək
Ankarada mühüm görüş
Ərdoğan, Putin və Ruhani bir araya gəlir
Putin Türkiyəyə gedir
Türkiyə SQ-dan yeni ƏMƏLİYYAT - Afrinin dağlarında
“Söyləyibsə, həddini aşıb...”
Ərdoğan: “Makron qəribə fikirlər səsləndirir”
Roma Papasından maraqlı AÇIQLAMA: Cəhənnəm yoxdur
Daha bir Avropa ölkəsi Rusiyadan səfirini geri çağırdı
Tramp şəxsi həkimini nazir təyin etdi
"Zimnaya Vişnya" ticarət mərkəzinin rəhbəri həbs edildi -FOTO
Rusiya diplomatları Avropadan qovulmaqda davam edir
Bolqarıstan Rusiyadakı səfirini geri çağırdı
Məşhur ata-oğul eyni gündə qəzaya düşdü
Jirinovski: Avropa Rusiyanın simasında düşmən yaradır ki, Aİ dağılmasın
Türkiyə Ordusu Suriyanın Tel-Rifat rayonunu terrorçulardan təmizləyib - YENİLƏNİB
Poroşenkonun çıxışı zamanı gözlənilməz olay - VİDEO
Məmur yanğına görə üzr istədi, diz çökdü - VİDEO
24 ölkədən 134 rusiyalı diplomat qovuldu - Tam siyahı
"Twitter"dən kriptovalyuta QADAĞASI
Sarkozi saxlanıldı
“Erməni kartı” ilə amerikan blefi...
Kreml xəyalpərəsti...
Kralın qızı həbs edildi - Ayaqlarını öpdürdüyü üçün
BÜTÜN XƏBƏRLƏR
DÜNYA2017-03-17 22:43

Fransada kompromat savaşı

 
208
Növbə Makrona çatdı: Prezident seçkisi yarışının üç favoriti də istintaq altındadır...
 
Fransada prezident seçkisi gününün yaxınlaşması fonunda siyasi qeyri-müyyənlik dərinləşir. Seçkinin aprelin 23-də baş tutacaq ilk turunun çox sərt keçəcəyi gözlənilir. Mayın 7-də olacaq ikinci turun isə necə bitəcəyi, kimin qalib gələcəyi ilə bağlı isə kimsə proqnoz verməyə cəsarət etmir.

Prezidentliyə bütün əsas namizədlərin adları bu və ya digər qalmaqalda hallanır. Bu həftənin əvvəlində “Frans Press” belə məlumat yaydı ki, respublika prokurorluğu prezidentliyə daha bir namizədə - keçmiş iqtisadiyyat naziri, “İrəli!” partiyasının lideri Emmanuel Makrona qarşı  korrupsiya şübhəsi ilə ilkin araşdırmalara başlayıb.
Beləliklə də, hazırda seçkiönü yarışın bütün üç favoriti - İfrat sağçı “Milli Cəbhə”nin lideri Marin Le Pen, sağ mərkəzçilərin əsas namizədi, keçmiş baş nazir Fransua Fiyon və 39 yaşlı müsrəqil siyasətçi Emmanuel Makron cinayət araşdırmasının fiqurantıdır.

Makron 2016-cı ildə Fransanın iqtisadiyyat naziri kimi Las-Veqasda (ABŞ) keçirilən CES elektronikası sərgisini ziyarət etmiş və orada çıxış etmişdi. Nazirin ABŞ-a səfərini nazirliklə bağlı olan “Business Finance” agentliyi təşkil etmiş və bunun üçün “Havas” PR-şirkətinin xidmətindən istifadə etmişdi. Və bu iş həmin şirkətə zəruri müsabiqə olmadan verildiyi üçün prokurorluqda bunda yoxlama başlatmaq üçün əsas görüb ki, burada qeyri-qanuni nəsə varmı? İqtisadiyyat Nazirliyi ABŞ-a səfər üçün “Havas” şirkətinə 380 min avro köçürübmüş.
Makronun özünün sözlərinə görə, o, Amerikaya səfərinin təşkilati detallarından xəbərdar olmayıb (“RİA Novosti”).
Maraqlıdır ki, qalmaqal “Le Canard Enchaini” satirik jurnalındakı məqalə ilə başlayıb.  Bu həmin jurnaldır ki, seçki kampaniyasının lideri olan Fransua Fiyon barədə də ifşaedici materialı ilk dəfə gün işığına çıxarmışdı. Xatırladaq ki, nəşr bildirmişdi ki, Fiyon Fransa Milli Assambleyasının deputatı olarkən həyat yoldaşı Penelopa 8 il öz ərinin köməkçisi kimi dövlətdən maaş alıb və bu zaman heç bir iş görməyib. Oxşar ittiham Fiyonların iki oğluna qarşı da sürülüb. Nəticədə ailəyə qanunsuz ödənilən məbləğin həcmi 1 milyon avroya yaxın olub.
Artın Fransa prokurorluğu Fiyonun ofisində və evində axtarışlar aparıb.
Və Makron haqqında məlumatın dərc edildiyi gün Fiyona dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı rəsmi ittiham elan edilib.
Seçki yarışının digər favoriti Marin Le Pen də istintaq altındadır. Martın 2-də Paris ətrafındakı Nanterra şəhərciyinin prokurorluğunun xahişi ilə Avropa Parlamenti “Milli Cəbhə”nin liderinin deputat toxunulmazlığını ləğv edib. Prokurorluq Le Peni “zorakılıq aktı təsvirini yaymaqda” suçlayır.
2015-ci ilin dekabrında Marin Le Pen  Twitter-də İŞİD terrorçularının girovların, o cümlədən amerikalı jurnalist Ceyms Soulinin edamının fotoşəkillərini yerləşdirib. Bununla “Milli Cəbhə”nin başçısı diqqəti İŞİD terrorçularının vəhşiliyinə cəlb etmək istəsə də, qızğın polemikalardan sonra şəkilləri sosial şəbəkədən götürüb.
Hazırda Marin Le Penə qarşı cinayət işi qaldırıla bilər. Əgər məhkəmə onu günahkar saysa, ifrat millətçilərin liderini 75 min avro cərimə və üç il həbs gözləyir.
Bundan başqa, Avropa Parlamentdə Aİ-nin qanunverici orqanının Le Penin köməkçilərinin saxlanılmasına ayırdığı vəsaitlərlə bağlı araşdırma aparılır. Şübhə edilir ki, xanım Le Pen həmin vəsaiti öz partiyasının aparatının əməkdaşlarına ayırıb.
Daha bir istintaq isə “Milli Cəbhə”nin seçkiönü kampaniyasının maliyyələşməsi ilə bağlıdır. Marin Le Pen və onun atası -  partiyanın keçmiş lideri Jan Mari Le Pen öz vergi bəyannamələrində onlara məxsus əmlakın dəyərini təxminən 60% aşağı salmaqda şübhəli sayılırlar.
Qeyd edək ki, “kompromat savaşı” başlamazdan əvvəl seçkiönü reytinqə Le Pen və Fiyon başçılıq edirdi. Sorğulara əsasən, prezident seçkisinin ilk turunda məhz onlar qalib gələcək və Le Pen cüzü üstünlüyə malik olacaq. Lakin ikinci turda, sorğuya görə, Fiyonun 60% səs yığaraq rəqibini xeyli geridə qoyacağı təxmin edilirdi.
Lakin kompromatlardan və Fiyonun namizədliyini geri götürməsini tələb edən mitinqlərin Fransanı bürüməsindən sonra sağ mərkəzçi qüvvələrin favoritinin reytinqi aşağılara yuvarlanmışdı. Lakin Fiyon yarışdan çıxmaq istəmir və “Respublika” partiyası da onun qərarını dəstəkləyib.
Xatırladaq ki, “Respublikaçılar”ın praymerizində Fiyon eks-prezident Nikolya Sarkozini “oyundankənar” etmişdi.
“OpinionWay” sorğu şirkətinin araşdırmasına görə, hazırda seçkiönü yarışın lideri Marin Le Pendir və rəy sorğusunda respondentlərin 27%-i ilk turda ona səs verməyə razı olduqlarını bildiriblər. Makron 25% səs yığa bilər.
Fiyonun reytinqi düşməkdə davam edir və onu rəyi soruşulanların 19%-i dəstəkləyir.
Sorğuya əsasən, Marin Le Pen hər bir halda ikinci turda ya Makrona, ya Fiyona uduzacaq...
Fransada prezidentliyə namizədliyi qeydə alınması üçün iddiaçı Konstitusiya Şurasına azı 500 seçkili vəzifə tutan siyasətçinin (deputat, qubernator, mer) imzasını təqdim etməlidir. İndiyədək bu şərti 8 namizəd yerinə yetirib.
Hamıdan daha çox Fransua Fiyon imza toplayıb - 2953.
İkinci yerdə keçmiş təhsil naziri, hakim sosialistlər partiyasının namizədi Benua Amondur- 1717. Emmanuel Makron  1548 imza ilə üçüncü yerdədir. Sonrakı yerlər belə bölüşdürülüb: “Ayağa dur, Fransa” partiyasından - Nikolya Düpon-Enyan - 672, “Fəhlə mübarizəsi” ifrat sol partiyasından Natali Arto - 623, “Milli Cəbhə”nin dideri Marin Le Pen - 618  və “Xalq-Respublika İttifaqı” lideri  Fransua Aselino - 569.
Konstitusiya Şurasına ən son imza siyahısını Avropa Parlamentinin ifrat solçu deputatı Jan-Lük Melanşon (666 imza) təqdim edib.

F.Bayramlı
Vaşinqtona etibar yoxdur:
Türkiyə qızıllarını ABŞ-dan çıxardı
Türkiyə erkən seçkiyə gedir?
Baxçalı təklif etdi, Ərdoğan eşitmədi...
İrəvanda “məxməri” etirazlar...
Serj Sarkisyan Ermənistanın baş naziri seçilib

Təsisçi: Müşfiq SƏFİYEV

Baş redaktor: Qəzənfər BAYRAMOV

İnternet redaktor: Qalib İBRAHİMOĞLU

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.

Telefonlarımız: (+99412) 498-08-63

 (+99412) 498-08-63

Faks: (+99412) 493-56-23

Materiallardan istifadə zamanı, www.ekspress.az saytına istinad zəruridir.

Sosial şəbəkələrdə:

Bizə yazın
Redaksiya reklam elanlarında qeyd olunan informasiyanın düzgünlüyünə cavabdeh deyil və məsuliyyət daşımır. Redaksiya bu mövzuda əlavə məlumat kataloqu ilə təmin etmir.
Ekspress qəzeti 2018