AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Krivoy Roq şəhərində Mixeil Saakaşvili yerli sakinlərlə söhbət edən zaman baş verib.

Naməlum şəxs ona yumurta və kimyəvi maddə atıb. Saakaşvili yumurtadan yayına bilib. Hücum edən şəxsi yerli sakinlər döyərək hadisə yerindən uzaqlaşdırıblar. Daha sonra polis onu həbs edib.

Saakaşvili ölkənin cənub-şərqində gedən döyüşlərdə ölən Ukrayna əsgərlərinin xatirə abidəsi qarşısında çıxış edib.

Saakaşvili Odessanın sabiq meri vəzifəsində çalışıb.

Ekspress.az