Bizə yazın
Bakı
+11 °C
USD 1.7 RUR 0.0273 EUR 2.07 AU 2250 BRENT 53.76
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • GÜNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MÜSAHİBƏ
  • KRİMİNAL
  • MƏDƏNİYYƏT
  • DÜNYA
  • SƏRBƏST
  • İDMAN
  • KİVDF

Əsas xəbərlər

Londonda mühüm görüş...
Formula 1:
Bakı öz klassikasını yaradır... 
Mayk Pompeo Koqresdən keçdi
MKİ-nin keçmiş şefi ABŞ-ın 70-ci dövlət katibi oldu
Vassalı itirmək əndişəsi...
Putin Karapetyana zəng etdi, Nalbandyan Moskvaya çağırıldı
 
Zaxarova: "Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan üçün yaradır"
İlham Əliyevin Britaniyaya səfəri başlayıb

Digər xəbərlər

Sarkisyan istefa verdi - Səhv etdim
ABŞ-dan Ankaraya təhdid...
Vaşinqtona etibar yoxdur:
Türkiyə qızıllarını ABŞ-dan çıxardı
Türkiyə erkən seçkiyə gedir?
Baxçalı təklif etdi, Ərdoğan eşitmədi...
İrəvanda “məxməri” etirazlar...
Serj Sarkisyan Ermənistanın baş naziri seçilib
Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən təsdiqlənib
Lavrov vəzifəsindən gedir?
Rusiyada “Telegram” bağlanıb
“Maskalar yırtılsın...”
Hamilə müğənni səhnədə başından güllələnərək öldürüldü -VİDEO
Ərdoğan Əliyevi təbrik edib
Fransa da Suriyaya girir 
Ukrayna MDB-dən çıxır
Ermənistan prezidenti maaşdan imtina edir
Ərdoğan: "Qatil Əsədi də, PYD-ni də dəstəkləyənlər səhv edirlər"
Skripalın qızı Rusiyanın köməyindən imtina etdi
Erməni parlamentində fişəngli etiraz - Deputatlar Sarkisyana qarşı çıxdı - VİDEO
Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb, 200-dən çox hərbçi ölüb - VİDEO
Türkiyədə valideyn məktəb direktorunu güllələdi
Peskov: “Rusiyada oliqarx yoxdur”
Sarkisyan üç müşavirini işdən qovdu
Şimali Koreya XİN başçısı Bakıda Qoşulmama Hərəkatının konfransında iştirak edir
Türkmənistanda qadın çimərlik geyimləri qadağan edilib
ABŞ-ın planını pozurlar...
“YouTube” ofisinə atəş açan qadın azərbaycanlı imiş - VİDEO
Türk-rus atomu...
Saakaşvili Gürcüstana qayıdır
NATO rusiyalı diplomatlara viza verməyəcək
Ankarada mühüm görüş
Ərdoğan, Putin və Ruhani bir araya gəlir
Putin Türkiyəyə gedir
Türkiyə SQ-dan yeni ƏMƏLİYYAT - Afrinin dağlarında
“Söyləyibsə, həddini aşıb...”
Ərdoğan: “Makron qəribə fikirlər səsləndirir”
Roma Papasından maraqlı AÇIQLAMA: Cəhənnəm yoxdur
Daha bir Avropa ölkəsi Rusiyadan səfirini geri çağırdı
Tramp şəxsi həkimini nazir təyin etdi
"Zimnaya Vişnya" ticarət mərkəzinin rəhbəri həbs edildi -FOTO
Rusiya diplomatları Avropadan qovulmaqda davam edir
Bolqarıstan Rusiyadakı səfirini geri çağırdı
Məşhur ata-oğul eyni gündə qəzaya düşdü
Jirinovski: Avropa Rusiyanın simasında düşmən yaradır ki, Aİ dağılmasın
Türkiyə Ordusu Suriyanın Tel-Rifat rayonunu terrorçulardan təmizləyib - YENİLƏNİB
Poroşenkonun çıxışı zamanı gözlənilməz olay - VİDEO
Məmur yanğına görə üzr istədi, diz çökdü - VİDEO
BÜTÜN XƏBƏRLƏR
DÜNYA2017-12-14 22:47

“Özüm-özümə
rəqib yetişdirəsi deyiləm”

 
103
Putin 3 saat 42 dəqiqəyə 54 jurnalistin 73 sualını cavablandırdı
 
“Prezident Trampın işinə qiyməti mən verməli deyiləm, bunu Amerika xalqı etməlidir”. Bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi ənənəvi illik böyük mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.  
Putinin fikrincə, Tramp ABŞ prezidenti kimi müəyyən uğurlar qazana bilib: “Prezident kimi onun ciddi nailiyyətlərini görürük. Bazarlara baxın, onlar necə yüksəlib. Bu, investorların ABŞ iqtisadiyyatına etimadını göstərir, bu isə vacib göstəricidir”.
Putin ümidvar olduğunu bildirib ki, Trampın hələ də Rusiya ilə əlaqələri yaxşılaşdırmaq niyyəti qalır. Rusiya-ABŞ əlaqələrinin normallaşacağına və ölkələrin ümumi təhdidləri birlikdə ortadan qaldıracağına ümid etdiyini bildirən RF liderinin sözlərinə görə, Ağ evin rəhbəri Moskva ilə əməkdaşlıq etmək istəyib və bunu seçkiöncəsi kampaniyası zamanı dəfələrlə bəyan edib. Bununla yanaşı, Rusiya prezidenti deyib ki, Tramp seçkiöncəsi vədlərini, o cümlədən Rusiya ilə bağlı vədlərini yerinə yetirə bilmir. Onun sözlərinə görə, buna səbəb ABŞ daxilindəki məhdudiyyətlərdir.  
ABŞ KİV-ində Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərinə təsiri məsələsini toxunan Putin deyib: “Bütün bunları Trampa münasibətdə müxalif olan qüvvələr fikirləşib. Onlar Trampın seçilməsinə qanunsuz xatakter vermək istəyirlər. Bunu edənlər dövlət başçısına ziyan vurur, onu üzürlər, seçicilərə hörmət etmirlər”.
Ümumiyyətlə, Putin bu məsələni uydurulmuş sayır: “Məgər, istənilən təmasları qadağan etmək lazımdır? Hər şeydən “xəfiyyəçilik” yaratmaq olmaz”.  
Prezidentliyə namizəd, jurnalist Kseniya Sobçakın tədbirdə iştirakı mətbuat konfransına rəng qatıb. Kseniya Sobçak seçki şüarı olan “Protiv vsex” (Hamıya qarşı) sözlərinin yazıldığı plakatla mətbuat konfransına qatılıb.
“Kseniya bütün iştirakçılara qarşı deyil ki? Siz burada jurnalist kimi iştirak edirsiz, yoxsa yenə aldadaraq namizəd kimi gəlmisiz?” - deyə Putin rişxəndlə soruşub.
Sobçak isə cavabında deyib ki, burada jurnalist kimi iştirak edir və Aleksey Navalnı haqqında sual səsləndirib.
Putin isə cavab verib ki, Rusiyada “Maydan” hərəkatının Ukrayna ssenarisinin təkrarlanmasına yol verməyəcəklər.
“Müxalifət aydın başa düşülən, müsbət fəaliyyətləri əks etdirən proqramla çıxış etməlidir. Siz isə “hamıya qarşı” çıxırsız. Nə təklifiniz var?” - deyə Putin soruşub.
O, həmçinin qeyd edib ki, əgər müxalifətin proqramı yoxdursa və o, hakimiyyətə gəlirsə, demək ki, Rusiyada da “maydan” olacaq və küçələrdə “Saakaşvili” qaçacaq.
Prezident əlavə edib ki, rusiyalılar hadisələrin belə inkişafını istəmir və deməli, buna imkan verməyəcək: “Meydanlarınızda onlarla belə Saakaşvilinin qaçmasını istəyirsiniz? Belə “Saakaşvili”lərin ölkəni qarışdırmasını istəyirsiniz? Bir “Maydan”dan digərinə keçməyimizi istəyirsiniz? Dövlət çevrilişi olmağını istəyirsiniz? Əminəm ki, Rusiya vətəndaşlarının böyük əksəriyyəti bunu istəmir və buna imkan verməz”.
Onun sözlərinə görə, prezident seçkilərində rəqabət olmalıdır və bu, olacaq.
Eyni zamanda, “Qovorit Moskva” radiostansiyasının əməkdaşının “Siz niyə seçkiyə gedirsiniz? Bir prezident üçün güclü rəqibin olmadığı seçkiyə getmək nə dərəcədə maraqlıdır?” sualının cavabında Putin deyib: “Özüm-özümə rəqib yetişdirəsi deyiləm”.
Ölkədə güclü müxalifətin olmaması barədə danışan Putin deyib: “Niyə bizdə səs-küylü və fəal müxalifət yoxdur? Onlar həqiqətən də hazırkı hakimiyyətə real rəqib deyillər. Bilirsiniz, son onilliklərdə Rusiya böyük spesifik inkişaf yolu keçib. Müxalifətçilik təkcə meydanlarda səs-küy salmaq demək deyil, həm də real təkliflər verməkdir”.
Tatarıstandan olan jurnalistin sualını cavablandıran Rusiya prezidenti milli məsələ ilə bağlı yuxarılardan heç bir təzyiq olmadığını və olmayacağını söyləyib. Putinin fikrincə: Rusiyada milli məsələlər üzrə kəskin vəziyyət yoxdur: “İnsanları öz doğma dilini öyrənmək imkanı ilə təmin etmək lazımdır. Rusiyada hər bir xalqın ölkədə yaşayan digər xalqın nümayəndələri ilə ünsiyyət formasını özünün seçmək hüququ var. Mən prezident olduğum müddətdə regionların birləşdirilməsi, genişləndirilməsi olmayacaq”.
İraq Kürdüstanı ilə bağlı suala cavab verən Putin İraqın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Suriya münaqişəsinin həllindən danışan Putin qaçqınlar məsələsinə də toxunub və deyib ki, Suriya bu problemlə təkbaşına mübarizə apara bilməz. Suriya qaçqınlarının əsasən Türkiyədə məskunlaşdığını və ən böyük qaçqın düşərgələrinin Türkiyədə yerləşdiyini deyən Putin vurğulayıb ki, dünya birliyi bu məsələni birgə səylərlə həll etməsə, emiqrasiya bütün dünyanın probleminə çevriləcək.
“Associated Press” müxbirinin KXDR (Koreya Xalq Demokratik Respublikası) Şimali Koreya ilə bağlı sualını cavablandıran Putin deyib ki, “Rusiya Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq”.
Dövlət başçısı hesab edir ki, Pxenyanı silah sazişindən çıxmağa Qərb vadar edib: “Liviya və İraq məsələsindən sonra Şimali Koreya başqa çıxış yolu görmür və müdafiə olunur. ABŞ təlim keçirməyəcəyini vəd etsə də, sözünün üstündə durmayıb. Bundan sonra Pxenyan raketlərin sınağını keçirib”.  
Putin onu da qeyd edib ki, ABŞ hakimiyyəti Rusiya, Şimali Koreya və İranı eyni sırada görür, eyni zamanda Moskvadan Pxenyan və Tehranla bağlı problemlərin həllini tələb edir: “Ümumiyyətlə, siz normal insanlarsınız?” (APA).
Ukrayna problemi ilə bağlı sualı cavablandıran Putin bildirib ki, Donbasda Rusiya Ordusu yoxdur: “Orada regiona istənilən irimiqyaslı müdaxiləni dəf etməyə hazır olan milis birləşmələri var”.  
O, Donbasdakı vəziyyəti Serebrenitsa ilə müqayisə edib: “Milis birləşmələrinin müqaviməti olmasa, Ukrayna Ordusu Bosniyanın Serebrenitsa şəhərində olduğu kimi, Donbasda qətliamlar törədər”.  
Rusiya liderinin 13-cü illik böyük mətbuat konfransı 3 saat 42 dəqiqə davam edib. Mətbuat konfransında iştirak etmək üçün 1640 yerli və xarici jurnalist akkreditasiyadan keçib.
Dövlət başçısı 54 jurnalistin 73 sualını cavablandırıb. Prezidentə Rusiya jurnalistləri ilə yanaşı, 10 xarici KİV-in nümayəndəsi də suallar ünvanlayıblar.
Rusiya liderinin bu formatda jurnalistlərlə ünsiyyəti 2001-ci ildə başlayıb. Davamlılığına görə 2008-ci ildə keçirilən və 4 saat 40 dəqiqə davam edən mətbuat konfransı rekord olub. O zaman Rusiya prezidenti 106 sualı cavablandırmışdı.
E.Mirzə
Vassalı itirmək əndişəsi...
Putin Karapetyana zəng etdi, Nalbandyan Moskvaya çağırıldı
 
Paşinyan, “cum”, “cum”!
“Erməni baharı” “məxməri inqilab”dan gerçək inqilaba doğru...
 
Erməni xaosu və maskaradı...
Ərdoğan ermənilərə başsağlığı verib

Təsisçi: Müşfiq SƏFİYEV

Baş redaktor: Qəzənfər BAYRAMOV

İnternet redaktor: Qalib İBRAHİMOĞLU

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.

Telefonlarımız: (+99412) 498-08-63

 (+99412) 498-08-63

Faks: (+99412) 493-56-23

Materiallardan istifadə zamanı, www.ekspress.az saytına istinad zəruridir.

Sosial şəbəkələrdə:

Bizə yazın
Redaksiya reklam elanlarında qeyd olunan informasiyanın düzgünlüyünə cavabdeh deyil və məsuliyyət daşımır. Redaksiya bu mövzuda əlavə məlumat kataloqu ilə təmin etmir.
Ekspress qəzeti 2018