Bizə yazın
Bakı
+19 °C
USD 1.7 RUR 0.0279 EUR 2.0981 AU 2282 BRENT 53.76
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • GÜNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MÜSAHİBƏ
  • KRİMİNAL
  • MƏDƏNİYYƏT
  • DÜNYA
  • SƏRBƏST
  • İDMAN
  • KİVDF

Əsas xəbərlər

ABŞ-dan Ankaraya təhdid...
Vaşinqtona etibar yoxdur:
Türkiyə qızıllarını ABŞ-dan çıxardı
Qlobal təhlükəsizlikdə Bakının rolu artır...
İlham Əliyev and içdi
Türkiyə erkən seçkiyə gedir?
Baxçalı təklif etdi, Ərdoğan eşitmədi...
İrəvanda “məxməri” etirazlar...

Digər xəbərlər

Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən təsdiqlənib
Lavrov vəzifəsindən gedir?
Rusiyada “Telegram” bağlanıb
“Maskalar yırtılsın...”
Hamilə müğənni səhnədə başından güllələnərək öldürüldü -VİDEO
Ərdoğan Əliyevi təbrik edib
Fransa da Suriyaya girir 
Ukrayna MDB-dən çıxır
Ermənistan prezidenti maaşdan imtina edir
Ərdoğan: "Qatil Əsədi də, PYD-ni də dəstəkləyənlər səhv edirlər"
Skripalın qızı Rusiyanın köməyindən imtina etdi
Erməni parlamentində fişəngli etiraz - Deputatlar Sarkisyana qarşı çıxdı - VİDEO
Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb, 200-dən çox hərbçi ölüb - VİDEO
Türkiyədə valideyn məktəb direktorunu güllələdi
Peskov: “Rusiyada oliqarx yoxdur”
Sarkisyan üç müşavirini işdən qovdu
Şimali Koreya XİN başçısı Bakıda Qoşulmama Hərəkatının konfransında iştirak edir
Türkmənistanda qadın çimərlik geyimləri qadağan edilib
ABŞ-ın planını pozurlar...
“YouTube” ofisinə atəş açan qadın azərbaycanlı imiş - VİDEO
Türk-rus atomu...
Saakaşvili Gürcüstana qayıdır
NATO rusiyalı diplomatlara viza verməyəcək
Ankarada mühüm görüş
Ərdoğan, Putin və Ruhani bir araya gəlir
Putin Türkiyəyə gedir
Türkiyə SQ-dan yeni ƏMƏLİYYAT - Afrinin dağlarında
“Söyləyibsə, həddini aşıb...”
Ərdoğan: “Makron qəribə fikirlər səsləndirir”
Roma Papasından maraqlı AÇIQLAMA: Cəhənnəm yoxdur
Daha bir Avropa ölkəsi Rusiyadan səfirini geri çağırdı
Tramp şəxsi həkimini nazir təyin etdi
"Zimnaya Vişnya" ticarət mərkəzinin rəhbəri həbs edildi -FOTO
Rusiya diplomatları Avropadan qovulmaqda davam edir
Bolqarıstan Rusiyadakı səfirini geri çağırdı
Məşhur ata-oğul eyni gündə qəzaya düşdü
Jirinovski: Avropa Rusiyanın simasında düşmən yaradır ki, Aİ dağılmasın
Türkiyə Ordusu Suriyanın Tel-Rifat rayonunu terrorçulardan təmizləyib - YENİLƏNİB
Poroşenkonun çıxışı zamanı gözlənilməz olay - VİDEO
Məmur yanğına görə üzr istədi, diz çökdü - VİDEO
24 ölkədən 134 rusiyalı diplomat qovuldu - Tam siyahı
"Twitter"dən kriptovalyuta QADAĞASI
Sarkozi saxlanıldı
“Erməni kartı” ilə amerikan blefi...
Kreml xəyalpərəsti...
Kralın qızı həbs edildi - Ayaqlarını öpdürdüyü üçün
BÜTÜN XƏBƏRLƏR
DÜNYA2018-01-05 22:15

Ey gidi dünya...

 
95
Saakaşviliyə qiyabi hökm:  Tiflis məhkəməsi eks-prezidentə 3 il həbs cəzası kəsdi

Tiflis şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti, sonradan bu ölkənin vətəndaşlığından çıxarılan və hazırda Ukraynada yaşayan Mixeil Saakaşvilinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Gürcüstan mediasının xəbərinə görə, sabiq dövlət başçısı ilə bağlı qərar hakim Georgi Arevadzenin sədrliyi ilə baxılan prosesin sonunda elan olunub.
Saakşvili bankir Sandro Qirqvlianinin qətlində günahlandırılan şəxslərin qanunsuz olaraq azadlığa buraxılmasında təqsirli bilinib.

İttiham aktına görə, Saakaşvili Konstitusiya Təhlükəsizliyi İdarəsinin o vaxtkı rəisi Date Axalya ilə qanunsuz əlaqəyə girərək “Gürcüstan Birləşmiş Bankı”nın əməkdaşı Sandro Qirqvlianinin işi üzrə mühakimə olunanların vaxtından əvvəl azad edilməsinə hüquqi əsas hazırlayıb və həmin şəxslər şərti cəza almaqla azadlığa buraxılıblar.
Keçmiş prezident ölkə Cinayət Məcəlləsinin səlahiyyətdən sui-istifadə maddəsi üzrə ittiham olunub və qiyabi olaraq mühakimə edilib (“Qruziya Online”).
Saakaşvili ilə bağlı Gürcüstanda digər cinayət işləri də qaldırılıb: dövlət vəsaitlərinin şəxsi ehtiyaclar üçün xərclənməsi, 7 noyabr 2007-ci il tarixli səhmlərin paylanması ilə bağlı vəzifə səlahiyyətlərini aşma, parlamentin deputatı Valeri Qelaşvilinin döyülməsi. 2014-cü ildə baş prokurorluq ona qarşı qiyabi ittiham elan edib.

Saakaşvili Georgi Marqvelaşvili prezident postuna gəldikdən sonra, 2013-cü ildə Gürcüstanı tərk edib. 2015-ci ildə o, Ukrayna prezidenti Pyotr Poroşenkonun məsləhətçisi olub. Qısa zamanda ona Ukrayna vətəndaşlığı verilib və Odessa vilayətinin qubernatoru təyin edilib. 2016-cı ildə vilayətin rəhbəri vəzifəsini tərk edən Saakaşvilinin Ukrayna rəhbərliyini hədəf alan açıqlamalarından sonra Poroşenko onu vətəndaşlıqdan məhrum edib.

Son zamanlar Saakaşvili Kiyevdə antihökumət aksiyaların təşkili ilə gündəmdədir. Baş Prokurorluq hesab edir ki, bu aksiyalar dövlət çevrilişi həyata keçirmək məqsədilə eks-prezident Viktor Yanukoviçin ətrafı tərəfindən maliyyələşdirilir. Bununla əlaqədar olaraq sabiq qubernator cinayət məsuliyyətinə cəlb edilib.
Xatırladaq ki, Qirqvliani qətli 12 il əvvəl törədilib. 2006-cı il yanvarın 28-də 28 yaşlı Qirqvliani dostu Levan Buxaidze ilə Tiflisin mərkəzindəki “Şarden-bar”a gəlmişdi. Həmin vaxt barda Konstitusiya Təhlükəsizliyi Departamentinin (keçmiş Dövlət Təhlükəsizlik Nazirliyi) rəhbəri Data Axalaiya, onun müavini Oleq Melnikov, DİN-in Baş müfəttişliyinin rəisi Vasili Sanodze, DİN-in İctimaiyyətlə əlaqələr xidmətinin rəisi Quram Donadze, daxili işlər nazirinin arvadı Tako Salakaiya, həmçinin Sandro Qirqvlianinin tanışı Tamara Maysuradze yeyib-içirmişlər. Söhbət zamanı Qirvqliani ilə Donadze arasında mübahisə düşür.
Və həmin gün axşam Qirqvlianinin cəsədi Tiflis yaxınlığındakı Okrokana qəsəbəsində tapılır.  İş geniş rezonans doğurur və fevralda parlamentin müxalifətdən olan deputatları  daxili işlər naziri Vano Merabişvilinin parlamentə gəlməsini və DİN-in şübhə altında qalan əməkdaşlarının vəzifədən azad edilməsini tələb edirlər. Buna cavab olaraq Merabişvili heç kimi işdən çıxarmayacağını bildirir.

Həmin il martın 6-da polis Konstitusiya Təhlükəsiliyi Departamentinin (KTD) 4 əməkdaşını - Gia Alaniya, Avtandil Apsiauri, Aleksandr Kaçava və Mixail Bibiluridzeni həbs edir. Onlar Qirqvlianini oğurladıqlarını və meşəyə apararaq döydüklərini etiraf edirlər. Dediklərinə görə, Qirqviliani onların əlindən qaça bilib və sonradan “meşədə azıb və 20 metr hündürlükdən dərəyə düşüb”.

Həmin vaxt Tiflisdə və digər şəhərlərdə keçirilən aksiyalarda minlərlə sürücü uzun müddət siqnal verərək DİN başçısına qarşı etirazlarını bildirmişdilər. Martın 16-da keçirilən etiraz aksiyasından sonra prezident Saakaşvili canlı efirlə mətbuat konfransı keçirmiş və Merabişvilini “yaxşı nazir” adlandıraraq  vəzifəsindən çıxarmaqdan imtina etmişdi.

Mayda öldürülən Qirqvlianinin anası İrina Enukidze keçirdiyi mətbuat konfransında istintaqı ifşa etmişdi. Onun sözlərinə görə, susmaları müqabilində ailəsinə pul təklif ediblər: “Susmağım üçün mənə istədiyim hər hansı məbləği verə biləcəklərini dedilər. Əks təqdirdə məni susmağa məcbur edəcəklərini bildirirlər. Mənə həmçinin müxalifətlə hər hansı təmasda olmağı qadağan etdilər. Açıq şəkildə bu təkliflərin müəlliflərinə deyirəm ki, onlar çox böyük səhv edirlər”.

2006-cı ilin iyulunda qətldə şübhəli bilinənlərə məhkəmə 7 ildən 8 ilədək həbs cəzası kəsir. Prezident Saakaşvilinin həbs müddətini iki dəfə azaltması ilə onlar üç ildən sonra  vaxtından əvvəl və şərti azadetməyə düşürlər.
Mühakimə olunanların azadlığa buraxıldığını eşidən Qirqvliani ailəsi İnsan haqları üzrə Avropa Məhkəməsinə müraciət edir. 2011-ci ildə Avropa Hökuməti Gürcüstan hökumətinin boynuna qoyur ki, mərhumun ailəsinə 50 min avro ödəsin.
2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişdikdən sonra DİN-in sabiq başçısı və keçmiş baş nazir Vano Merabişvili və digər yüksəkrütbəli şəxslər cinayət məsuliyyətinə cəlb edilir. Merabişvili rəsmi sənəddə saxtalaşdırmalara yol verdiyi üçün 3 il azadlıqdan məhrum edilir.
KTD-nin baş idarəsinin keçmiş rəis müavini Valerian Metreveli güc tətbiq etməklə xidməti səlahiyyətlərini aşdığı üçün, həmçinin bu iş üzrə cəza müddəti bitən KTD-nin birinci idarəsinin sabiq rəisi Giya (Geronti) Alaniya 4,5 il həbs cəzası alırlar...
Saakaşvili artıq Tiflis məhkəməsinin qərarını qanunsuz adlandırıb. O, “Facebook” səhifəsində bildirib ki,  qərar Gürcüstanın keçmiş baş naziri, “Qazprom” un ən böyük səhmdarı, milyarder Bidzina İvanişvilinin göstərişi ilə verilib: “Düşünürəm ki, Poroşenko və İvanişvili bununla bağlı razılaşıblar. Bu qərar tamamilə qanunsuzdur və bütün beynəlxalq, milli normalara, sağlam düşüncəyə ziddir”. 
P.S. Ey gidi dünya ... Həyat belədir: mühakimə edənlər vaxt gəlir mühakimə olunurlar... 
Z.Ziya
Vaşinqtona etibar yoxdur:
Türkiyə qızıllarını ABŞ-dan çıxardı
Türkiyə erkən seçkiyə gedir?
Baxçalı təklif etdi, Ərdoğan eşitmədi...
İrəvanda “məxməri” etirazlar...
Serj Sarkisyan Ermənistanın baş naziri seçilib

Təsisçi: Müşfiq SƏFİYEV

Baş redaktor: Qəzənfər BAYRAMOV

İnternet redaktor: Qalib İBRAHİMOĞLU

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.

Telefonlarımız: (+99412) 498-08-63

 (+99412) 498-08-63

Faks: (+99412) 493-56-23

Materiallardan istifadə zamanı, www.ekspress.az saytına istinad zəruridir.

Sosial şəbəkələrdə:

Bizə yazın
Redaksiya reklam elanlarında qeyd olunan informasiyanın düzgünlüyünə cavabdeh deyil və məsuliyyət daşımır. Redaksiya bu mövzuda əlavə məlumat kataloqu ilə təmin etmir.
Ekspress qəzeti 2018