Erməni parlamentində fişəngli etiraz - Deputatlar Sarkisyana qarşı çıxdı - VİDEO
Ermənistan parlamentində “Elk” partiyasından olan müxalifətçi deputatlar özünəməxsus etiraz aksiyası keçiriblər.
Femida.az erməni KİV-nə istinadən xəbər verir ki, deputatlar Ararat Mirzoyan və Lena Nazaryan iclas zamanı fişənglərlə “azadlıq məşəli” yandırıblar.
Çıxış üçün tribunaya çıxan Mirzoyan ölkə əhalisini partiyaları tərəfindən keçiriləcək, eks-prezident Serj Sarkisyanın baş nazir postuna irəli sürülməsinə etiraz aksiyasında iştirak etməyə çağırıb:
“Serj Sarkisyanın üçüncü müddətə hakimiyyətə gəlişinin qarşısını ala biləcəyimiz, Respublikaçılar partiyasının idarəçiliyinə son verə biləcəyimiz məqam yetişib. Bunun üçün aprelin 13-ü Azadlıq meydanına gəlmək lazımdır”.
Ekspress.az