Bizə yazın
Bakı
+11 °C
USD RUR EUR AU BRENT
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • GÜNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MÜSAHİBƏ
  • KRİMİNAL
  • MƏDƏNİYYƏT
  • DÜNYA
  • SƏRBƏST
  • İDMAN
  • KİVDF

Əsas xəbərlər

ABŞ-dan Ankaraya təhdid...
Vaşinqtona etibar yoxdur:
Türkiyə qızıllarını ABŞ-dan çıxardı
Qlobal təhlükəsizlikdə Bakının rolu artır...
İlham Əliyev and içdi
Türkiyə erkən seçkiyə gedir?
Baxçalı təklif etdi, Ərdoğan eşitmədi...
İrəvanda “məxməri” etirazlar...

Digər xəbərlər

Ermənilər atəşkəsi 102 dəfə pozub
Prezident Nazirlər Kabinetinin iclasını keçirib
Ermənilər atəşkəsi 92 dəfə pozub
Ermənilər atəşkəsi 75 dəfə pozub
Ermənilər atəşkəsi 87 dəfə pozub
Aprel qələbələrinin ildönümüdür
31 Mart soyqırımı: Bir əsr keçdi...
Raket və artilleriya bölmələri döyüş atışlı təlimlər keçirir -VİDEO
MN: Rusiyadan alınan silahlar yararsız deyil
Zakir Həsənov Ərdoğanla görüşüb - FOTO-VİDEO
Bakıda prezidentlərin iştirakı ilə Azərbaycan-İran biznes forumu keçirilir
Ermənilər atəşkəsi 110 dəfə pozub
Əliyev və Ruhaninin təkbətək görüşü olub
Mehriban Əliyeva Rusiya səfirliyinə gedib başsağlığı verdi
Ermənilər atəşkəsi 119 dəfə pozub
Prezident və xanımı Bona Dea Beynəlxalq Hospitalının açılışında - YENİLƏNİB
Düşmən atəşkəsi 84 dəfə pozub
Düşmən atəşkəsi 97 dəfə pozub
Prezident Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
Prezidentdən Novruz təbriki
Ermənilər atəşkəsi 90 dəfə pozub
Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi keçirilib - VİDEO
Düşmən atəşkəsi 96 dəfə pozub
Prezident  Quba Mərkəzi Xəstəxanasının tikintisinə 7,55 milyon manat ayırdı
Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb - VİDEO
Düşmən atəşkəsi 87 dəfə pozub
Prezident Gənclər Fonduna icraçı direktor təyin etdi
Təlimə cəlb edilmiş tank hərbi hissələri tapşırıqları yerinə yetirirlər - VİDEO
Təlimlərdə qoşunlar gecə vaxtı yerdəyişməni icra edib - VİDEO
Düşmən atəşkəsi 89 dəfə pozub
Genişmiqyaslı təlimlər çərçivəsində qoşunların yerdəyişməsi həyata keçirilir -VİDEO
 İlham Əliyev: "Seçkilər ədalətli, şəffaf keçiriləcək"
Azərbaycan Prezidenti Gürcüstanın Baş nazirini qəbul edib
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev ATƏT PA sədrini qəbul edib
Düşmən atəşkəsi 100 dəfə pozub
Kimlərin maaşı artırıldı? - SİYAHI
Daxili Qoşunların hərbi qulluqçuları təltif edildi - SİYAHI
Ordumuz genişmiqyaslı təlimlər keçirəcək
Ermənilər atəşkəsi 92 dəfə pozub
Monitorinq insidentsiz başa çatdı
Prezident Bakı Şəhər Statistika İdarəsinin yeni binasının açılışında
Düşmən atəşkəsi 93 dəfə pozub
Prezidentdən Azərbaycan qadınlarına təbrik
BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM2017-09-06 19:33

Prezident Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb

 
118
Prezident İlham Əliyev Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmanla “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Müəllif Hüquqları Agentliyində (bundan sonra – Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

2.1.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.1.3. Agentliyin yenidən təşkili və ləğv edilməsi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.2.1. strukturun, işçilərin say həddinin və illik maliyyə hesabatlarının təsdiq edilməsi;

2.2.2. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

2.2.3. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

2.3. Agentliyə:

2.3.1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. Agentliyin strukturunu və işçilərinin say həddini bir ay müddətində təsdiq etsin;

3.5. əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Agentliyə ödəyəcəyi illik haqqın məbləğini bir ay müddətində təsdiq etsin;

3.6. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi əsasında publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzini yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.7. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və onun tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin balansındakı əmlakın yeni yaradılmış publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən, müvafiq olaraq, Agentliyin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin balansına verilməsini bir ay müddətində təmin etsin;

3.8. nizamnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.9. bu Fərmanın 3.8-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslər istisna olmaqla, dövlət adından yaradılan digər publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.10. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4. Müəyyən edilsin ki:

4.1. Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1.000.000 (bir milyon) manat təşkil edir;

4.2. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədi ilə İdarə Heyəti yaradılır;

4.3. Agentliyin İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;

4.4. bu Fərmanın 3.6-cı bəndində nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin və strukturunun təsdiqini, işçilərinin say həddinin və nizamnamə fondunun miqdarının müəyyən edilməsini, yenidən təşkil və ləğv edilməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti, təsisçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən digər səlahiyyətlərini isə Agentlik həyata keçirir;

4.5. Agentlik dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin normativ hüquqi aktlarına münasibətdə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 7.2 ci maddəsində nəzərdə tutulmuş səlahiyyəti Agentliyin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

5. Agentlik:

5.1. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

5.2. dövlət qeydiyyatına alındığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 4.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Ekspress.az
Ermənistana məxsus kvadrokopter məhv edilib
Ermənilər atəşkəsi 110 dəfə pozub
Ermənilər atəşkəsi 115 dəfə pozub
Tam, qəti və şəksiz zəfər...

Təsisçi: Müşfiq SƏFİYEV

Baş redaktor: Qəzənfər BAYRAMOV

İnternet redaktor: Qalib İBRAHİMOĞLU

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.

Telefonlarımız: (+99412) 498-08-63

 (+99412) 498-08-63

Faks: (+99412) 493-56-23

Materiallardan istifadə zamanı, www.ekspress.az saytına istinad zəruridir.

Sosial şəbəkələrdə:

Bizə yazın
Redaksiya reklam elanlarında qeyd olunan informasiyanın düzgünlüyünə cavabdeh deyil və məsuliyyət daşımır. Redaksiya bu mövzuda əlavə məlumat kataloqu ilə təmin etmir.
Ekspress qəzeti 2018