AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Argentina millisinin hücumçusu Lionel Messi İspaniya La Liqasının 2016-2017 mövsümündə 34 matçda ümumilikdə 37 qol vurub.

"Qızıl buts" Avropa liqalarında rəqib qapılarından ən çox top keçirən futbolçuya verilir.

İkinci yerdə “Sportinq” klubunun hollandiyalı hücumçusu Bas Dost gəlir. O, mövsüm ərzində 34 qol vurub. Üçüncü yerdə isə Dortmund “Borussiya”sının qabonlu forvardı Pyer-Erik Obameyanq qərarlaşıb. O, mövsüm ərzində rəqib qapılarına 31 qol vurub.

L.Messi artıq dördüncü dəfədir ki, “Qızıl top”un sahibi olur. Bundan əvvəl o, 2010, 2012 və 2013 illərdə qitənin ən məhsuldar futbolçusu seçilib.