Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən proses təxirə salınıb.
Buna səbəb təqsirləndirilən S.Qurbanovun səhhəti ilə əlaqədar olaraq iclasa gətirilməməsi səbəb olub.
Məlumata görə, onun belində onurğa yırtığı (qrija) olduğu üçün məhkəməyə gətirmək mümkün olmayıb.
Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib.
Ekspress.az