AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisə sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub. Bir çox sosial şəbəkə istifadəçiləri düşünür ki, yalnışlıq Leoya görə olub.

Belə ki, o, ən yaxşı aktrisa nominasiyasını elan etdikdən və mükafatı Emma Stouna verdikdən sonra, əlindəki konverti səhv yerə, ya da prodüserlərdən birinə verə bilər.

Bittinin əlində “La La Land” yazısı olduğundan o, düşünüb ki, mükafat bu filmə çatacaq. Daha sonra yalnışlığı düzəldərək, Moonlight filminin kollektivini səhnəyə çağırıblar. Emma Stoun özü iddia edir ki, həmin vaxt onun adı olan konvert özündə olub.

Bir çox şəbəkə istifadəçiləri səbəbkarın Leo olduğunu və bununla o, kino akademiyasından qisas aldığını yazıb. Qeyd edək ki, Leonardo Di Kaprio ən yaxşı aktyor nominasiyasında Oskarı ötən il alıb.

Ekspress.az