AzNews.az xəbər verir ki, mərasimə Millət vəkili Aqil Abbasla yanaşı bir sıra tanınmış şəxslər qatılıb. Amma filmin əsas qəhrəmanlarından olan xalq artisti Rasim Balayev təqdimatda gözə dəyməyib. Rejissor Elvin Əhmədov onun təqdimata gəlməməsinin səbəbini Rasim Balayevin səhhətində yaranan problemlə əlaqələndirib.

Xalq artisti Rasim Balayev isə AzNews.az -a açıqlamasında “Sara” filminin qala gecəsinə gəlməməsini doğrudanda səhhətində yaranan narahatlıqla əlaqələndirib: "Sadəcə, havalarla əlaqədar olaraq, təzyiqim qalxmışdı. Başım gicəllənirdi, özümü pis hiss edirdim. Ona görə də getmədim, başqa heç bir əsas yoxdur".

Rasim Balayev “Sara” filmində yaratdığı obraza görə az qonarar aldığını qeyd edib: "Bizim Azərbaycanda çəkilən filmlərdə aktyorlara yaxşı qonarar vermirlər. Bir neçə dəfə filmə çəkilmişəm, amma sonda nəticəsini görməmişəm. Yəni, əvvəldə deyilən pul sonda aktyora verilmir. Bu filmdə də onun kimi. Sonda gücləri çatan pulu verdilər. Olan-olub, gecdir, getmişəm çəkilmişəm, bu barədə danışmağa dəyməz".

Rasim Balayev baş rolda oynadığı filmə hələ baxmadığını deyib: "İşim çoxdur".

Ekspress.az