Aktyor qeyd edib ki, onun səhhəti ilə əlaqədar rol aldığı tamaşalar təxirə salınıb: “Çox darıxıram, teatrın repertuarında mənim üç tamaşam var. Onların hər üçünü təxirə salıblar. Teatr işləməlidir, pul qazanmalıdır. Belə olmaz təcili oynamalıyam”.

Əməkdar artist Əjdər Həmidov bir neçə gün bundan əvvəl özünü pis hiss edib. Təzyiqi qalxan aktyor 1 saylı Şəhər Klinik Xəstəxənasına yerləşdirilib.

Ekspress.az