DİN-in saytında yer alan xəbərə görə, mayın 27-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisindən qəsəbə sakini, 17 yaşlı Kənan Əliyev xəstəxanaya gətirilib və orada ölüb.

Araşdırmalarla K.Əliyevin həmin gün qəsəbə ərazisindəki təhsil aldığı orta məktəbin həyətində 11-ci sinif şagirdi olan İbrahim Rükabzadə tərəfindən döyülməsi müəyyən edilib.

İ. Rükabzadə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Murad MƏMMƏDLİ