AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb 22 yaşlı qızın “Şeremetyeva” beynəlxalq hava limanında baqaj lenti vasitəsilə komplektləmə məkanına keçməsi olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları baqaj lentində Veronikanın adına olan pasportu tapıblar. Qızın anası Rusiya telekanallarından birinə verdiyi açıqlamasında, Veronikanın Müslüm Maqomayevin nikahdan kənar qızı olduğunu iddia edib.

Saxlanma zamanı qız özünü aqressiv şəkildə aparıb. O bu hərəkəti nə üçün etdiyini izah edə bilməyib. Veronikanın psixiatrik xəstəxanaya yerləşdirilməsi məsələsi müzakirə edilir.

Ekspress.az