AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyada Family Romance şirkəti qeyri-adi xidmət təklif edir. Seçilmiş aktyorlar vasitəsilə sifariş edən şəxs selfi çəkdirə və bu fotoları sosial şəbəkələrdə paylaşa bilər. 2 saatlıq fotosessiyanın qiyməti 73 dollardır.

Xidmətin saytında sifarişçilərdən biri öz təəssüratlarını da bölüşüb:

“Mən 10 aktyor sifariş etmişdim. Onlarla birlikdə Tokioda məşhur otellərdən birində ad günümü qeyd etdim. Biz çox gözəl mənzərəsi olan otaq seçmişdik və səhərə qədər içib, əyləndik. Hətta onlar mənim nömrəmə ad günü tortu gətirərək, mənə surpriz etdilər. Biz çoxlu sayda selfi çəkdirdik.”