Bundan bir gün sonra qızılı itən Bakı sakini Südabə Zalova mənə zəng edib və toy günü tapdığım daşın onunku olmadığını deyib: "Dedim ki, məndən nə istəyirsən? Deyirsən ki, sırğan itib? Şübhələnirsənsə, hüquq-mühafizə orqanlarına müraciət edin. Hətta ona kimi dedim ki, gətir sırğanı aparaq zərgərə, sənin üçün onun eynisini düzəltdirim, təki sən rahat olasan. Razılaşmadı. Sonradan nə qədər zəng etdisə, telefonu götürmədim. Çünki görürdüm ki, qadın məni şərləməyə başlayır. 20 gündən sonra məni Nizami rayon polis şöbəsinə cağırdılar. Getdim. Bildirdim ki, mən kiminsə əşyasını oğurlamamışam. Əgər həqiqətən kiminsə əşyasını götürmüşəmsə, onu verməyə hazıram. Qadın bilməyə-bilməyə mənə şər atır. Ayıb deyil, bu boyda şər olar? O halda mən ittiham olunaram ki, sırğanı götürməyim sübut olunsun. Əgər belə bir sübut varsa, qoysunlar ortaya".

Ekspress.az