“Qafqazinfo”nun xəbərinə görə, “BBC News”un məlumatında qeyd olunur ki, bu, Britaniya tarixində boşanma prosesində ödənilmiş ən böyük məbləğdir.

Hakim proses iştirakçılarının adlarının açıqlanmağını qadağan edib, lakin bildirilir ki, söhbət Qafqazın 61 yaşlı neft maqnatı və onun Şərqi Avropadan olan 41 yaşlı eks-arvadından gedir. Cütlük Moskvada ailə quraraq Surrey qraflığına köçüb (bunun nə vaxt baş verdiyi məlum deyil).

Biznesmen öz növbəsində bəyan edib ki, ailəsinin rifahı üçün külli miqdarda pul xərcləyib. Belə ki, o, adını açıqlamadığı Rusiya şirkətinə 1,3 milyard dollarlıq səhmini satandan sonra oğullarına Londonun elit rayonunda iki mənzil alıb. Lakin hakim ər-arvadın bu məsələdə eyni haqqa sahib olduğunu düşünərək kişinin arqumentlərini qəbul etməyib. Beləliklə, maqnatın mülkündən eks-arvadına ümumilikdə, 41,5 faiz səhm qalıb.

“RTVi” isə sözügedən şəxsin Azərbaycan əsilli biznesmen Fərhad Əhmədov olduğunu iddia edib.

“Forbes”in məlumatına görə, F. Əhmədov 1980-cı ildə Böyük Britaniyaya gələrək Londonun xəz bazarında Rusiyaya məxsus samur xəzlərini satmağa başlayıb, 1993-cü ildə isə “Nortqaz” qaz müəssisəsindən 5 faiz səhm alıb. O, 2012-ci ildə öz səhmlərini “Novatek”ə 1,3 milyard dollara satıb.

Fərhad Əhmədov bu il “Rusiyanın ən varlı 200 biznesmeni” siyahısında 67-ci yerdə qərarlaşıb.

Ekspress.az