AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət hədiyyə seçimindən gedirsə, bu işdə məşhurların tayı-bərabəri yoxdur.

Sabiq futbolçu evliliklərinin ildönümüdə həyat yoldaşına irimiqyaslı hədiyyə - dəyəri 9 milyon dollar olan ada bağışlamağı planlaşdırır.

Məlumata görə, Bekhem Karib hövzəsində və ya Baham arxipelaqında yerləşən adalarından birini gözaltı edib.

Tezliklə cütlük tanışlıqlarının 20-ci ildönümü qeyd edəcək. Bekhem özü hədiyyə barəsində heç bir açıqlama vermir.

Bekhemin gözaltı etdiyi adalardan birində böyük malikanə yerləşir. Adanın geniş qumsal çimərliyi var, sahəsi isə 200 hektardan çoxdur.

Xatırladaq ki, cütlük tanış olduqdan 2 il sonra rəsmi olaraq 1999-cu ildə ailə həyatı qurub. Cütlüyün həyatında bir neçə dəfə çətin zamanlar yaşansa da, onlar İngiltərədə nümunəvi ailələrdən hesab olunurlar.

Ekspress.az