AzNews.az xəbər verir ki, bu barədə “Həyat” fondunun təsisçisi Nuran Hüseynov məlumat verib. O qeyd edib ki, sənətkarın nəvəsi də ağır xəstəlikdən əziyyət çəkir:

“Bu gün ona baş çəkdim. Məlahətli səs, gözəl ürək sahibi olan Elmira xanım gəlişimə çox sevindi. Xəstəlikdən danışmaq istəməsə də, onu söhbətə tutub səhhəti barədə məlumat əldə etdim... Sən demə, sevimli müğənnimizin nəvəsi də ağır xəstəlikdən əziyyət çəkir”.

Nuran Hüseynov xalq artistinin dəstəyə ehtiyacı olduğunu qeyd edib və bu işdə xalqdan kömək istəyib.

Ekspress.az