AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ərsoy qeyd edib ki, ilan onu sancdıqdan sonra başı gicəllənib və yerə yıxılaraq ruhunu təslim edib.

“İlan məni sancdı və öldü. Mənim zəhərim daha qüvvətli çıxdı. Yazıq heyvan fırlandı-fırlandı və ruhunu təslim etdi. Bir də çanta ilə başına vurdum”- deyə Ərsoy qeyd edib.

Ərsoy Hindistanda insanların inəyə sitayiş etməsini də təəccüblə qarışladığını deyib.

Bir müddət əvvəl Ərsoy ilan sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Hazırda onun vəziyyəti yaxşıdır.

Ekspress.az