ABŞ kosmosdakı rəqiblərinin adlarını açıqlayıb

06.09.2019 09:41
53
ABŞ kosmosdakı rəqiblərinin adlarını açıqlayıb

ABŞ-ın Hərbi Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford Birləşmiş Ştatların kosmik qüvvələrini təhdid edən ölkələrin adlarını açıqlayıb.


Ekspress.az xəbər verir ki, o, bu barədə beynəlxalq münasibətlər üzrə qeyri-hökumət şurasında bildirib. General qeyd edib ki, 1990-cı illərdə - Amerka qüvvələri kosmosda yerləşdiriləndə Vaşinqton bu sahədə rəqiblərin yoxluğuna əsaslanırdı. Hazırda isə kosmos rəqabət sferasına çevrilib.


"Bizim rəqiblərimiz Şimali Koreya, Rusiya, Çin və İrandır", - deyə Danford bildirib.


O əlavə edib ki, adlarını sadladığı ölkələr Amerikanın kosmosdakı potensialını, həmçinin ölkənin hərbi və kosmik maraqlarını təhdid edirlər. (report)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND