Bakıda təmirə gedən avtobus yolda yanıb - FOTO

22.02.2019 13:35
239
Bakıda təmirə gedən avtobus yolda yanıb - FOTO

Bu gün Bakıda hərəkətdə olan sərnişin avtobusunda baş verən yanğın hadisəsi ilə bağlı təfərrüat məlum olub.


Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, yanğın 176 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda olub:


“Avtobusda nasazlıq yarandığı üçün təmirə göndərilib. Təmirə gedən zaman yolda yanğın başlayıb (Report). Hadisə zamanı avtobusda sərnişin olmayıb. Sürücü də dərhal nəqliyyat vasitəsini tərk edib. Xəsarət alan olmayıb”.


Ekspress.az

Açar sözlər: