Uşaqlar YEMƏK İSTƏMİRSƏ nə etməli?

15.07.2019 12:19
164
Uşaqlar YEMƏK İSTƏMİRSƏ nə etməli?

Demək olar ki, uşaqları yedizdirmək problemi hər evdə vardır. Bu prolem bütün yaş quruplarında özünü göstərə bilər. Bu problemlə bir neçə şəkildə rastlaşa bilərik: Uşaqların yemək yeməməsi, az yeməsi və yeməkləri çox seçməsi. Yemək yemə prosesi hər uşaqda fərqlidir.


Psixoloq Raminə Həsənova Ekspress.az –a bildirib ki, uşaqların yemək yeməməyinin bir çox psixoloji və fiziki səbəbləri var: “Travmalar, mexaniki qidalanma, qidadan qidaya düzgün keçməmək, təbii səbəblər, yarımçıq doğuş , yarıq damaq, urək xəstəlikləri uşaqda iştahsızlıq yarada bilər. Buna görə də valideynlər ilkin olaraq həkimə müraciət etməlidirlər, daha sonra problemin kökünü bildikdən sonra müdaxiləyə başlanmalıdır. Uşaqlarda daha çox psixoloji səbəblərdən yemək yemə probleməri baş verir. Ana ilk növbədə qidadan qidaya keçdikdə diqqətli olmalıdır ki, uşaq birdən-birə bərk qidaya keçməməlidir. Belə ki, qidani udmaqda çətinlik çəkə bilərlər. Uşağa məcur yemək yedizdirmək olmaz, daim hazır səkildə olan yeməklər, bundan başqa daha çox əzilmiş halda olan yeməklər verdikdə də bir çox problemlər yaranır. Yumuşaq qidadan bərk qidaya keçərkən valideynlər ehtiyyatlı olmalıdırlar. Bu sadaladıqlarıma diqqət yetirilmədikdə uşaqlarda yemək yemə problemləri ola bilər və bununla yanaşı bir çox problemlər, məsələn, çeynəmə, ağızın ön hissəsində yemə, çeynəmədən udma yarana bilər və hətta bunlar uşağın nitqinə də mənfi təsir göstərər”. 


Bəzən valideynlər uşağın boşqabına həddindən çox yemək qoyurlar ki, bu düzgün deyildir. Uşaqların yemək probleminin səbəbini bilmədən onu cəzalandırmaq, məcbur etmək və şiddət görsətmək olmaz və bu yemək yemə problemini daha da artırır. Bəzi analar öz rahatlığı üçün uşaqlara yemək yedizdirərkən telefon, planşet əlinə verər, televizoru qoşar və bunun nəticəsində sonradan uşaq acıdığı və yaxud yeməyin dadını xoşladığı üçün deyil, sırf mobil telefona, televizora baxmaq üçün yemək yeyər. Hətta uşaqlar telefonla oynamaq üçün yalandan özlərini ac kimi göstərərək valideynlərini manipulyasiya edə bilərlər. Yaxud telefonsuz yemək yemədiyinin şahidi olarıq ki, bu da uşaqda artıq asılılığın yarandığını göstərir. Bəzi valideynlər bu halı özləri yaratsalar da, uşağın əlindən telefonu alıb onu danlayır və ya ona şiddət göstərirlər. Bu düzgün deyil, telefonu uşağın əlindən bu tərzdə almaqla onu daha da aqressiv edə bilərik. Belə davranış uşağın yemək yeməklə bağlı travma almasına gətirib çıxara bilər.


Bu zaman sual yaranacaq ki, bəs necə edək? İlk növbədə valideynlər 0-6 yaş dövrlərində - uşaqların qidalanmasının daha çox problemli olduğu dönəmlərdə ehtiyyatlı olmalıdırlar. Ana uşağı sütdən digər qidalara keçirərkən bunu birdən – birə etməməlidir. Balacanın qida rasionuna yeməkləri bir-bir daxil etməlidir. Yeməklər valideynlərin, uşağın ağız dadına uğun verilməlidir. Yeməyin isti və yaxud soyuq olmasına diqqət yetirilməlidir ki, uşaqda travma olmasın, yemək saatlarına xüsusi önəm verilməlidir. Yemək saatlarını tez-tez dəyişmək olmaz, sistemli qrafik olmalıdır. Uşaq bu qrafikə əsasən qidalanmalıdır. Qidalanma sistemli olduqda uşaq həm acıyır, yemək tələb edir, həm də iştahla yeyir. Uşağı sevmədiyi yeməyi yeməyə məcbur etmək düzgün deyil.


Dərk edən yaş qrupları üçün yemək vaxtı əvvəldən xəbər edilməlidir. Süfrə mədəniyyəti olmalıdır, yəni uşaq televizora baxaraq, ana əlində boşqab uşağın arxasıyla qaçaraq uşağı yedizdirmək olmaz. Yemək vaxtı əyləncəli və yaradıcı olmalıdır ki, uşağın diqqətini çəksin və uşaq yemək vaxtını həvəslə gözləsin. Süfrə uşaqla birgə hazırlanmalı, bazarlıq birgə edilməli, uşağa seçim haqqı verilməlidir. Uşaq stol arxasında hamıyla birgə oturmalı, onun özünə adi boşqabı qarşısında olmalıdır ki, özünü ailədən biri olaraq süfrə başında hiss etsin.


Raminə Həsənova


Ekspress.az

  • SON XƏBƏR
  • TREND