• AZN:
  • USD 1.7000
  • EUR 1.9649
  • RUB 0.0260
  • GBP 2.2393
  • TRY 0.2990
  • GEL 0.6355
  • Qızıl 2077
  • USD:
  • EUR 0.868
  • TRY 5.58
  • RUB 65.4
  • GBP 0.762
  • AED 3.67
  • Neft 80.26

Borc verənlər və alanlar, DİQQƏT! - Bunları mütləq oxuyun

05.10.2018 13:57
100
Borc verənlər və alanlar, DİQQƏT! - Bunları mütləq oxuyun

Ekspress.az "femida.az"a istinadən vətəndaşlara müqavilə və borc müqaviləsi ilə bağlı müddəları, onlar arasındakı fərqi və necə bağlandığını izah edəcək.


Müqavilə nədir?

- Müqavilə tərəflər arasında yaranacaq hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır.


Müqavilə nə vaxt bağlanmış sayılır?

- Müqavilə tərəflərdən birinin təklifinin digər tərəfin qəbul etiyi anda bağlanmış sayılır.


Müqavilə necə ləğv edilir?

- Müqavilə tərəflər arasında həmin müqavilənin ləğv edilməsi haqqında saziş bağlamaq yolu ilə ləğv edilir. Tərəflər arasında mübahisə olduğu hallarda isə müqavilənin ləğvi məhkəmə qaydasında reallaşır.


Borc müqaviləsi nədir?

- Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.


Borc müqaviləsi necə bağlanır?

- Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.


Borc müqaviləsinin forması

Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği 3000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.


Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması

Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. 110 manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ var.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND