Paşinyan BMT-də “düşmən ölkə”nin adını çəkdi


26.09.2019 12:32
167
Paşinyan BMT-də “düşmən ölkə”nin adını çəkdi

Rusiya Ermənistanın əsas strateji tərəfdaşıdır.


Ekspress.az xəbər verir ki, bunu BMT Baş Assambleyasında çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.


“Rusiya bizim əsas strateji tərəfdaşımız və müttəfiqimizdir. Gürcüstan və İran strateji qonşularımızdırlar”, – deyə o bildirib.


O, Ermənistanın öz dostları və müttəfiqləri arasındakı fikir ayrılığını narahatlıqla izlədiyini bildirib. Paşinyan bunun sayəsində bəzi dostlarının Ermənistanı doğru anlamayacağından narahat olduğunu deyib.


Paşinyan Türkiyənin Ermənistana ciddi təhdid olduğunu da söyləyib.


Qeyd edək ki, BMT Baş Assambleyasında çıxışı zamanı Türkiyə lideri Ərdoğan Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin vacibliyini gündəmə gətirib. (axar)


Ekspress.az