“Real” TV-nin yaranmasından bir il ötür

15.03.2019 09:49
115
“Real” TV-nin yaranmasından bir il ötür

Bu gün “Real” TV-nin yaranma günüdür.


Televiziyanın fəaliyyətə başlamasından bir il ötür.


Ötən bir ildə “Real” TV xəbər kanalı olaraq uğurlu fəaliyyət göstərib, eksklüziv xəbər və müsahibələr yayımlayıb.


“Real” TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500-dir.


Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2018-ci il martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı “Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mir Şahin Ağayevdir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND