• 5 °C Bakı
  • 2 °C Quba
  • 9 °C Gəncə
  • 7 °C Yevlax
  • 10 °C Naxçıvan

Azərbaycanlı tədqiqatçının Türkiyədə iddialı eksperimenti - Eynşteyn erası bitirmi?

21.12.2018 11:47
163
Azərbaycanlı tədqiqatçının Türkiyədə iddialı eksperimenti - Eynşteyn erası bitirmi?

Bu günlərdə Türkiyənin Uluslararası Meterologiya İnstitutunda (UME) həmyerlimiz, tədqiqatçı Namiq Məmmədov tərəfindən yetərincə iddialı eksperiment keçirilib. Ekspess-az-ın məlumatına görə, bu barədə "strateq.az"a təqdiqatçının özü dildirib.


Onun sözlərinə görə, eksperiment Şüa Qravtasiya Nəzəriyyəsi çərçivəsində baş tutub: “Həmin nəzəriyyəyə görə, işıq müxtəlif istiqamətlərdə eyni deyil, fərqli sürətlərlə yayılacaq. Göstərilən fərqlilik yerin və Günəş sisteminin fəzada çox böyük sürətlə hərəkət etməsindən doğur. Bu yanaşma fizikanın standart modeli və Eynişteynin nisbilik nəzəriyyəsinin müddəaları ilə daban-dabana ziddir.Eksperiment müsbət nəticələnərsə, fizikada və digər təbiət elmlərində çox ciddi dəyişiklikləri idda etmək olar. Ümumiyyətlə, son dövrlərdə fiziklər arasında Eynişteyn müddəalarının ziddiyətləri barədə fikir yürüdənlər çoxalıb. Göstərilən eksperimentin son nəticlərinin əldə olunması da bu mübahisələrin aydınlaşması üçündür”


N.Məmmədovun iddiasına görə, eksperimenti qismən uğurlu saymaq olar: “Belə ki, əldə olunan nəticə yüzlərlə dəfə təkrarlanan ölçmələrdən alınan orta rəqəmə əsaslanır. Riyazi hesablamaların doğurduğu “orta rəqəm” nəticəsi isə elmi dairələr üçün qəti nəticə deyil. Qəti nəticə cəmi bir ölçmdən alınan konkret rəqəmə əsaslanmalıdır. Belə nəticəni isə saniyənin trilyonda birini ölçməyə qadir çox həssas cihazlar verə bilər. UME atom saatları laboratoriyasındakı cihazların həssaslığı dünya atom vaxtını ölçmək üçün tam yetərli olsa da, eksperiment üçün tələb olunan dəqiqliyi xətasız verə bilməyib”.


Namiq Məmmədov bildirib ki, eksperimentin qəti nəticəsinin əldə olunması üçün “Hidrogen mazer” adlanan iki atom saatı və fempto saniyələri ölçə bilən iki ədəd sayğac gərəkdir. Dünyanın müxtəlif araşdırma mərkəzlərində belə cihazlar var. Müəllifin iddiasına görə, eksperimentin qəti nəticələrinin əldə olunması o qədər də böyük olmayan zaman məsələsidir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND