• 25 °C Bakı
  • 22 °C Quba
  • 23 °C Gəncə
  • 22 °C Yevlax
  • 22 °C Naxçıvan

“Formula 1” günlərində Bakıda hava necə olacaq?

22.04.2019 17:55
121
“Formula 1” günlərində Bakıda hava necə olacaq?

“Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı (26 - 28 aprel) Bakıda müşahidə olunacaq ilkin hava proqnozu açıqlanıb.


Ekspress.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva “Report”un sorğusuna cavab olaraq bildirib ki, aprelin 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.


Səhər bəzi yerlərdə çiskin olacaq. Cənub-qərb küləyi 5-10 m/s, arabir 12-15 m/s olacaq.


Havanın temperaturu gecə 6-8° isti, gündüz 14-19° isti təşkil edəcək.

Aprelin 27-də hava yağmursuz olacaq. Cənub-qərb küləyi 5-10 m/s, gündüz arabir 12-15 m/s olacaq.


Havanın temperaturu gecə 7-9° isti, gündüz 16-19° isti təşkil edəcək.

Aprelin 28-də, final günündə isə hava, əsasən, yağmursuz keçəcək.

Cənub küləyi 7-12 m/s, gündüz arabir 15-18 m/s olacaq.


Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-18° isti təşkil edəcək.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND