KVN-in aktyorunun da olduğu maşın Qarabağ əlilini vurub öldürdü - VİDEO

31.07.2019 12:02
366
KVN-in aktyorunun da olduğu maşın Qarabağ əlilini vurub öldürdü - VİDEO

Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.


Ekspress.az BakuTV-yə istinadən xəbər verir ki, Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi “Silverado” markalı minik avtomobili ilə hərəkətdə olan zaman anidən onun qarşısına piyada çıxıb.

 

Nəticədə o, piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Qarabağ əlili, 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlunu vurub. A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

 

Əraziyə DYP əməkdaşları cəlb olunub. Sürücü saxlanılaraq istintaqa cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.


Hadisə şahidləri bildiriblər ki, həmin maşında "Parni iz Baku" KVN komandasının üzvü, “Planet Parni iz Baku” KVN Teatrının aktyoru Emil Abbasov da olub.

 


Ekspress.az