TƏCİLİ! Baş nazir Novruz Məmmədov Prezidentə MÜRACİƏT ETDİ

08.10.2019 12:18
157
TƏCİLİ! Baş nazir Novruz Məmmədov Prezidentə MÜRACİƏT ETDİ

Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.


Ekspress.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov məlumat verib.


O, Baş Nazir postuna yeni namizəddən danışaraq bildirib ki, Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən bir insandır, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir: “Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq, hörmətli Əli Əsədov Baş Nazir vəzifəsini layiqincə yerinə yetirəcək”. (big)


Ekspress.az