3 yaşlı uşaqlar oynayarkən çaya düşdülər - BİRİ ÖLDÜ


23.05.2019 14:08
278
3 yaşlı uşaqlar oynayarkən çaya düşdülər - BİRİ ÖLDÜ

Quba rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.


Ekspress.az xəbər verir ki, hadisə mayın 22-də rayonun Cimi kəndi ərazisindən keçən Cimi çayında baş verib.


2016-cı il təvəllüdlü Yusif Abdullayev əmisi nəvəsi, həmyaşıdı Qızbikə ilə oynayarkən Cimi çayının yanına gəlib və orada oynamağa davam ediblər. Bu zaman hər ikisi yıxılaraq çaya düşüb (Qafqazinfo). Qızbikə Abdullayeva çaydan çıxarılaraq xilas olunub, Y.Abdullayev isə orada boğularaq ölüb.


Rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, araşdırma aparılır.


Ekspress.az