ABŞ hərbçilərinin bir hissəsi Suriyanın cənubunda qala bilər

06.01.2019 03:26
72
ABŞ hərbçilərinin bir hissəsi Suriyanın cənubunda qala bilər

ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan tam çıxarılması barədə qərarına baxmayaraq, hərbçilərin bir hissəsi qeyri-müəyyən müddətə qədər bu ölkənin cənubunda qala bilər.


Ekspress.az TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü ABŞ administrasiyasındakı mənbəyə istinadən NBC teleşirkəti məlumat yayıb.


Mənbə bildirib ki, rəsmi Vaşinqton qoşunların çıxarılması üçün konkret vaxt müəyyən etməyib.


NBC-yə verilən məlumata görə, bununla belə ABŞ administrasiyasında hesab edirlər ki, Suriya ərazisində fəaliyyət göstərən İŞİD terror təşkilatının yerdə qalan yaraqlıları üzümüzə gələn həftələrdə məhv edilə bilər.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND