“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bilindi

18.06.2019 17:03
89
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bilindi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklar mövsümündəki ilk rəqibi müəyyənləşib.


Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq.


UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan püşkatmanın nəticəsinə əsasən Qurban Qurbanovun yetirmələri ilk matçı səfərdə keçirəcəklər. Bu oyun iyulun 9-u və ya 10-da baş tutacaq. Cavab qarşılaşması isə bir həftə sonra oynanılacaq.


Qarşılaşmaların vaxtı püşkatmadan sonra dəqiqləşəcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND