Azərbaycanlı boksçu ermənini məğlub etdi - "WBA Continental" kəmərinə layiq görüldü


21.04.2019 09:16
887
Azərbaycanlı boksçu ermənini məğlub etdi - "WBA Continental" kəmərinə layiq görüldü

Azərbaycan əsilli boksçu Elnur Səmədov Rusiyada keçirilən "WBA Continental" titulu uğrunda döyüşdə əslən erməni idmançı Ayka Şaxnazaryanı məğlub edib.


Ekspress.az -ın məlumatına görə, 9 raund davam edən döyüş Azərbaycan idmançısının aşkar üstünlüyü şəraitində baş tutub.


E.Səmədov 9-cu raundda ermənistanlı boksçunun görüşü davam etdirə bilməyəcəyini bildirməsindən sonra, hakimlərin yekdil qərarı ilə "WBA Continental" kəmərinə layiq görülüb.


Yarış Floyd Meyveyzer Boks Akademiyasının təşkilatçılığı ilə baş tutub.


Qeyd edək ki, görüşdən sonra çoxsaylı bədən xəsarətləri alan Ayka Şahnazaryana tibbi yardım göstərilib.


Ekspress.az