"Mazda" minlərlə avtomobili geri çağırır

23.11.2018 16:01
300
"Mazda" minlərlə avtomobili geri çağırır

"Mazda" şirkəti Rusiyada 62 mindən çox avtomobili geri çağırıb. Trend-in məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında problem olması ehtimalı ilə əlaqədar verilib.


Bundan bir qədər öncə isə şirkət dünyada 640 minə yaxın avtomobili geri çağırıb. O zaman qərar dizel mühərriklərində klapan yayı ilə bağlı qüsurlarla əlaqədar verilib.


Bildirilib ki, bu qüsurlar mühərrikin öz-özünə dayanmasına səbəb ola bilər.


Şirkətin yaydığı məlumatda qeyd olunurdu ki, geri çağırılma CX-5 də daxil olmaqla 4 modelə şamil olunur.


Ekspress.az