"Qarabağ" uduzdu

25.10.2018 22:54
285
"Qarabağ" uduzdu

Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilir.


Qol.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası Bakıda Ukraynanın “Vorskla” klubunu qəbul edib.


Əvvəlki iki görüşdə uduzan Ağdam təmsilçisi bu matçda ilk xalını qazanmağa çalışıb. Lakin qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 1:0.


Bununla da "Qarabağ"ın qrupdan çıxmaq şansı xeyli azalıb. 


Qeyd edək ki, E qrupunun digər oyununda “Arsenal” səfərdə “Sportinq”i 1:0 hesabı ilə üstələyib.

25 oktyabr


Avropa Liqası

Qrup mərhələsi, 3-cü tur

20:55. “Qarabağ” (Azərbaycan) – “Vorskla” (Ukrayna) - 0:1 

Qol: Kulaç, 48

Baş hakim: Roi Reinshreiber (İsrail)

Bakı Olimpiya Stadionu 


20:55.”Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə) - 0:1 

Qol: Uelbek, 77


Ekspress.az

  • SON XƏBƏR
  • TREND