Siyahıya alanları niyə görmədik? - Komitədən şikayətlə bağlı AÇIQLAMA

11.10.2019 18:25
102
Siyahıya alanları niyə görmədik? - Komitədən şikayətlə bağlı AÇIQLAMA

" Bəzi hallarda görürsən ki,vətəndaşlar siyahıyaalınmada qapını açmayıblar, şərait yaratmayıblar, sorğuda iştirak etməkdən imtina ediblər. Sayıcı evlərə gedib vətəndaşı görmədiyi halda həmin ünvanda yaşayan şəxslər üçün məktub tərtib edib yaşadığı ünvanın qapısına yapışdırır. Kim deyə bilər ki, kimsə həmin məktubu qopartmayıb? Kimin nə qərəzi var o yazını ordan götürsün?"


Əhalinin siyahıyaalınması ilə bağlı Dövlət Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev danışıb.


Məlum olduğu kimi, bu il oktyabr ayının 1-10-da Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçirilib. Artıq başa çatan siyahıyaalınma prosesinin qaydaları, necə keçirilməsi haqqında bir çox vətəndaşın xəbəri təəssüf ki, olmadı. Çünki, bu proses məlum olduğu kimi siyahaçının vətəndaşlarla birbaşa təması ilə baş tutan bir prosesdir.

Elməddin Quliyevin sözlərinə görə, Statistika Komitəsinə verilən məlumatlarda əhalinin siyahıya alınmasında onlar fəal iştirak edib. Lakin, bəzən əhalinin siyahiya alınmasını birbaşa həyata keçirən sayıcının ünvanlara getməsinə baxmayaraq, ev təsərrüfatı başçısı və ya ailə üzvləri ilə görüşə bilməyib. Yəni evdə kimsə olmayıb:


"Belə hallarda sayıcılar həmin şəxslər üçün məktub tərtib edib və həmin ünvanın giriş qapısına yapışdırır. Bəzi hallarda görürsən ki,vətəndaşlar qapını açmayıblar, şərait yaratmayıblar, sorğuda iştirak etməkdən imtina ediblər. Əhalinin siyahıya alınması ilə bağlı bilirsiniz ki, qaynar xətt var. Kimisə ünvanına gedilməyibsə, xahiş edirik bizə müraciət etsinlər. Siyahıyaalnma yalnız ev təsərrüfatları üzrə olur. Kim deyə bilər ki, kimsə qapiya yapışdırılan həmin məktubu qopartmayıb? Kimin nə qərəzi var o yazını ordan götürsün? Konkret fakt varsa, ünvan üzrə, bizim qaynar xəttə müraciət etsinlər, biz araşdıraq. Bir məsələni bildirək ki, siyahıyalınmanı birbaşa yerli İcra hakimiyyətlərinin komissiyası həyata keçirir. Hər rayonda rayon icra hakimiyyətinin başçısının sədrliyi ilə siyahıya alınma komissiyası var".


Elməddin Quliyev həmçinin 11-15 oktyabr tarixlərində nəzarət gəzişlərinin olacağını da vurğuladı. Bunu keçirməkdə məqsəd isə sayıcının keyfiyyətinin yoxlanmasıdır.


Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında fərman imzalayıb. Həmin Fərmana görə 2019-cu il 1-10 oktyabr tarixlərində keçirilən siyahıyaalınmada vətəndaşların əksəriyyəti siyahıyaalınma prosesinin olmadığından şikayət edib. (sonxeber)


Ekspress.az