Türk futbolçu ilin ən yaxşı oyunçusu seçildi

12.01.2019 21:44
173
Türk futbolçu ilin ən yaxşı oyunçusu seçildi

İtaliyanın "Roma" futbol klubunun yarımmüdafiəçisi Cengiz Ündər 2018-ci ildə klubun ən yaxşı oyunçusu seçilib.


Ekspress.az "Azərtac"a istinadla xəbər verir ki, 21 yaşlı türk futbolçu azarkeşlər arasında keçirilən səsvermədə 62 faiz səs toplayıb. Səsvermədə futbolçulardan Castin Klüvert və Nikolo Zanolo 17, Annamaria Serturini isə 4 faiz səs toplayıblar.


2017-ci ilin yayında paytaxt təmsilçisinin heyətinə qatılan yarımmüdafiəçi komandanın heyətində 55 oyunda 14 qol vurub. O, cari mövsümdə "Roma"nın tərkibində İtaliya çempionatında 17 oyunda 3, UEFA Çempionlar Liqasında isə 6 matçda 3 dəfə fərqlənib.


Cengiz Ündər 2016-cı ildən Türkiyə millisinin heyətində çıxış edir. Yarımmüdafiəçi milli komandada 10 oyunda 4 qol vurub.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND