"Yuventus" Çempionlar Liqasında məğlubiyyətə uğradı - FOTO

21.02.2019 02:15
244
"Yuventus" Çempionlar Liqasında məğlubiyyətə uğradı - FOTO

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniyanın "Atletiko Madrid" klubu ilə İtaliyanın "Yuventus" klubu arasında ilk görüş baş tutub.


Ekspress.az xəbər verir ki, matç ispanların qələbəsi ilə yekunlaşıb.


Kriştiano Ronaldonun liderlik etdiyi "Yuventus"un bütün cəhdlərinə baxmayaraq ev sahibləri inamlı oynayıb və ikinci hissədə 2 qol vuraraq azarkeşləri sevindiriblər. Matçda ilk qol 78-ci dəqiqədə vurulub. Joze Gimenes "Atletiko"nu irəli çıxarıb. Oyunun 83-cü dəqiqəsində Dieqo Qodin komandasının ikinci qolunu vurub.


"Atletiko Madird" - "Yuventus" 2-0


Qeyd edək ki, bu komandalar arasında cavab görüşü martın 12-də keçiriləcək.


AQİL

  • SON XƏBƏR
  • TREND