Rövnəq Abdullayev: "Son iki ildə SOCAR ümumi hasilat həcmini artırıb"

20.02.2019 12:28
313
Rövnəq Abdullayev: "Son iki ildə SOCAR ümumi hasilat həcmini artırıb"

Son iki ildə SOCAR ümumi hasilat həcmini 66 faiz artırıb.

Ekspress.az xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin Bakıda Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair keçirilən 2019-cu il sərgi-konfrans iştirakçılarına ünvanladığı məktubda qeyd edilib.


Məktubu SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov oxuyub.


R.Abdullayev məktubda Azərbaycanın nail olduğu sabit sosial-iqtisadi inkişafın ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji strategiyası çərçivəsində həyata keçirilən beynəlxalq layihələrlə sıx əlaqəli olduğunu qeyd edərək bildirib:


"Bu gün Azərbaycanın həyata keçirdiyi neft-qaz layihələri dünya energetikasının ayrılmaz hissəsi olub. Bütün icra etdiyimiz layihələrdə daim hökumətin dəstəyini hiss edirik" (Trend).


Daha sonra məktubda SOCAR-in qazma və hasilat üzrə mütəxəssislərinin Xəzər dənizinin ən mürəkkəb yataqlarında çalışdığı bildirilib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND