Kişilərə tualetdə çox oturmaq olmaz – XƏBƏRDARLIQ


08.06.2019 19:57
357
Kişilərə tualetdə çox oturmaq olmaz – XƏBƏRDARLIQ

Adətən, normal insan tualetdə normada 3-7 dəqiqə vaxt sərf etməlidir. Lakin müasir insanlar tualetdə lazım olandan çox vaxt keçirir, unitazda yerini rahatlayıb, telefonda yazışır, oyun oynayır, internetə girir, siqaret çəkir- hansı ki, tualet icad olunandan bu kimi işlər üçün nəzərdə tutulmayıb.


Ekspress.az xəbər verir ki, alimlər tədqiqatların nəticəsi olaraq sübut edib ki, unitazda 15 dəqiqədən artıq əyləşən insanlarda aşağıdakı problemlər ola bilər:


1.Düz bağırsaq sallanması, xəstəliyi – uzun müddət unitazda oturduqda, kiçik çanaq orqanı və bağırsaq ətrafı venalarda qan durğunluğu yaranır. Onlar genişlənir, tutulur, nəticədə hemorroy düyünləri yaranır. 

Eləcə də bu vəziyyət bağırsağın selikli qiasını və anal hissəni pozur. 


2.Oturaq sinirin sıxılması – ağrı sindromu yaradır. 15-20 dəqiqə unitazda oturan kişi və qadınlarda yarana bilən spesifiki problemdir. 


3.Kişilərdə prostatit -Unitaz kişilər üçün xüsusilə həssas məsələdir. Bu vərdiş prostatit yaradıb, sonda impotensiya ilə nəticələnə bilər.


4.Sonsuzluq - Bəli, əlaqəsi var (medicina). Çünki tualetdə çox oturduqda, kişilərin xayalığında venalar genişlənir, bu da sonsuzluğa səbəb olur. 


5.Sistit - Qadınlarda da sidik sisteminin iltihabi xəstəliyi sistit və uşaqlıq, yumurtalıq, sonsuzluq problemləri yaşana bilər. 


Bəs qəbizliyi olanlar nə etsin. 


Onlar unitazda oturarkən, ayaqlarının altına bir qədər hündür taxta və ya əşya qoysunlar, bu zaman tualetdə çox vaxt itirməzlər.


Ekspress.az